Eden Azar "Çelsi"liləri üzdü: "Real" daha yaxşı klubdur"
Eden Azar: “Ən yaxşı çıxış etdiyim klub? Xeyr, ‘Real Madrid’ daha üstündür”
90plus.az xəbər verir ki, keçmiş belçikalı futbolçu Eden Azar son müsahibəsində karyerası ilə bağlı diqqətçəkən açıqlama verib. Təcrübəli futbolçu “Çelsi”də keçirdiyi illərin möhtəşəm olduğunu desə də, ən böyük klubun “Real Madrid” olduğunu bildirib.
“Ən yaxşı çıxış etdiyim klub ‘Çelsi’dirmi? Xeyr, ‘Real Madrid’ daha yaxşıdır. ‘Çelsi’də keçirdiyim dövr inanılmaz idi, amma klub olaraq ‘Real Madrid’ birincidir, nömrə 1-dir”, – deyə Azar vurğulayıb.
Eden Azar “Çelsi”də çıxış etdiyi dövrdə böyük uğurlara imza atıb və Premyer Liqa çempionluğu yaşayıb. Lakin belçikalı futbolçu London klubunun heyətində UEFA Çempionlar Liqasını qazanmaq şansı əldə edə bilməyib.
“Real Madrid”ə transfer olunduqdan sonra isə Azar iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Bununla belə, ardıcıl zədələr səbəbindən futbolçu İspaniya klubunda əsas heyətin üzvünə çevrilə bilməyib və daha çox ehtiyat oyunçular skamyasında yer alıb.
© Copyright 2026, All Rights Reserved