Eden Azar ən güclü Benzemanı sayır
Eden Azar “Lill”, “Çelsi”, “Real Madrid” və Belçika millisində çıxış etdiyi dövrdə bir çox elit futbolçu ilə birlikdə oynayıb. Lakin onun üzərində xüsusi təəssürat yaradan futbolçulardan biri 2022-ci ilin “Qızıl top” mükafatçısı və “Real Madrid”də komanda yoldaşı olmuş Kərim Benzemadır.
90plus.az xəbər verir ki, Azar bu barədə belə danışıb:
“Ən güclü kim idi? Çoxları var idi – həm ‘Çelsi’də, həm də ‘Real Madrid’də. Məsələn, başqa bir ‘Qızıl top’ qalibi Luka Modriç çox güclü futbolçudur. Həmçinin Londondakı karyeramın sonlarında Frank Lempard, Didye Droqba və Samuel Eto’o kimi oyunçularla da oynadım.
Amma birini seçməli olsam, bu Kərim Benzema olar. ‘Real Madrid’də birlikdə oynamaq şansı qazandığım digər ‘Qızıl top’ qalibi. Həm oyunlarda, həm də məşqlərdə bu inanılmaz idi. Mən meydanda onun yanında olanda istər-istəməz ‘Vau!’ deyirdim. Əsl sənətkarlıq nümunəsi idi,” – deyə Azar “L’Equipe”ə müsahibəsində xatırlayıb.
© Copyright 2026, All Rights Reserved