Eden Hazard “Premyer Liqa Şöhrət Zalına” daxil edildi
“Çelsi”nin keçmiş ulduzu Eden Hazard İngiltərə Premyer Liqasının “Şöhrət Zalına” seçilib. Bu addım belçikalı futbolçu üçün böyük bir şərəf kimi qiymətləndirilir.
90plus.az xəbər verir ki, 34 yaşlı Hazard 2012–2019-cu illər arasında “Çelsi”nin heyətində çıxış edərək klubla iki dəfə Premyer Liqa və iki dəfə UEFA Avropa Liqasının, həmçinin bir dəfə Liqa və Federasiya kuboklarının qalibi olub.
Hazard seçilmə xəbəri ilə bağlı açıqlamasında bildirib:
“Bu mənim üçün çox mənalı bir hadisədir. Belə möhtəşəm oyunçularla eyni siyahıda yer almaqdan qürur duyuram. Düşünürəm ki, biz çox güclü bir komanda yarada bilərik.”
Hazardın “Çelsi”dəki uğurlu dönəmində baş məşqçisi olmuş Joze Mourinyo da keçmiş yetirməsini təbrik edib:
“Sən, mənimlə çalışdığım ən möhtəşəm futbolçulardan birisən və əlbəttə ki, orada olmağa layiqsən. ‘Şöhrət Zalına’ daxil oldun və artıq yaddaşlarımızda əbədi qalacaqsan. Son Premyer Liqa çempionluğumu qazanmama kömək etdiyin üçün sənə təşəkkür edirəm.”
Eden Hazardın adı ilə birlikdə “İngiltərə Premyer Liqası Şöhrət Zalına” seçilənlərin ümumi sayı 26-ya çatıb.
© Copyright 2025, All Rights Reserved