Edersonun şans gətirəni alt paltarı imiş - 8 ildir onu geyinir
Ederson ona uğur gətirən şeyin tumanı olduğunu bildirib.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının bu ilki şokedici nəticəsini "Mançester Siti" göstərir. Onlar ilk 3-lükdən geri düşüblər.
"Şəhərli"lərin qapıçısı yerli kanallardan birinə müsahibə verib. O, bildirib ki, onun uğur əşyası tumanıdır və 8 ildir hər oyuna eyni tumanla çıxır.
Qeyd: Ederson bu 8 ildə 6 dəfə İngiltərə çempionu, 1 dəfə də Çempionlar Liqasının qalibi olmağı bacarıb.
© Copyright 2025, All Rights Reserved