Edin Ceko: “Həyətdəki uşaqlar hamısı öldü”
Millisini mundiala çıxmasında əsas pay sahibi olan Edin Ceko Bosniya müharibəsi dövründən uşaqlıq xatirəsini ürəkdağlayan şəkildə bölüşüb.
90plus.az xəbər verir ki, o, bu uğuru bomba partlayanda ölən uşaqlıq dostlarına həsr etdiyini söyləyib:
“Bunu 6 yaşım olanda hər gün küçədə futbol oynadığım dostlarıma həsr edirəm.
Bir gün anam əsəbiləşmişdi (səs-küyü nəzərdə tutur) məni evə səslədi və küçədə bomba partladı… bütün dostlarım öldü.
“Bu uğuru uşaqlıq dostlarıma həsr edirəm. Onların bəziləri artıq həyatda deyil. Biz çox çətin günlərdən keçmişik və bu anı onlarla bölüşmək istərdim,” – deyə o bildirib.
© Copyright 2026, All Rights Reserved