Edin Ceko İtaliya A Seriyasına keçir

Edin Ceko “Fiorentina”ya keçir – 2 illik müqavilə imzalayacaq.
90plus.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubundan ayrılan bosniyalı hücumçu Edin Ceko karyerasını İtaliyada davam etdirəcək. 39 yaşlı forvard azad agent statusunda A Seriyası təmsilçisi “Fiorentina” ilə anlaşmaya gəlib.
Məlumata görə, təcrübəli futbolçu yaxın günlərdə Florensiyaya yollanaraq tibbi müayinədən keçəcək və daha sonra klubla rəsmi müqaviləyə imza atacaq. Sazişin müddəti iki il olaraq müəyyənləşdirilib.
Edin Ceko “Fiorentina”da illik 2 milyon avro məvacib qazanacaq.
Keçmiş karyerası
Edin Ceko “Fənərbağça”ya 2023-cü ilin yayında transfer olunmuşdu və İstanbul klubunun heyətində keçirdiyi mövsüm ərzində həm Superliqada, həm də avrokuboklarda mühüm rol oynamışdı. Bundan əvvəl o, “Mançester Siti”, “Roma”, “İnter” və “Volfsburq” kimi tanınmış klubların formasını geyinib.
Təcrübəsi və liderlik xüsusiyyətləri ilə tanınan bosniyalı hücumçunun “Fiorentina”nın hücum xəttinə güclü dəstək verəcəyi gözlənilir.
© Copyright 2025, All Rights Reserved