Edin Ceko "Paris"in marağına düşdü
“Fiorentina”nın baş məşqçisi Paolo Vanolinin planlarında yer almayan Edin Ceko karyerasını Fransada davam etdirə bilər.
90plus.az xəbər verir ki, Parisin “Paris” klubu Bosniya və Herseqovina millisinin üzvünü heyətinə qatmaq istəyir. Bu barədə tanınmış insayder Nikolo Skira xəbər yayıb.
Paytaxt təmsilçisi yaxın günlərdə 39 yaşlı hücumçu üçün A Seriyası klubuyla danışıqlara start verəcək. Edin Cekonun “Paris”ə transfer olma ehtimalı yüksək qiymətləndirilir.
Edin Ceko mövsümün əvvəlində “Fənərbaxça”dan ayrıldıqdan sonra azad agent statusu ilə “Fiorentina”ya keçib. Təcrübəli forvard “bənövşəyilər”in heyətində 18 rəsmi oyunda iştirak edib və 2 qol vurub.
© Copyright 2026, All Rights Reserved