Edin Ceko rəsmən “Şalke 04”ə transfer olundu
Bosniyalı hücumçu Edin Ceko Almaniyanın "Şalke" klubu ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, bu transfer Almaniya futbol ictimaiyyətində böyük rezonans doğurub və təcrübəli futbolçu qərarı ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.
Ceko Gelzenkirxen klubuna keçidinin arxasında tam şəkildə dayandığını vurğulayıb:
“Bir çox insan mənə dəli olduğumu dedi, amma mən bu cür düşünmürəm. Mən "Şalke" layihəsinə tam inanıram. "Volfsburq"dakı vaxtımdan Almaniyada oynamağın nə qədər möhtəşəm olduğunu çox yaxşı bilirəm”.
Müqavilə imzaladıqdan sonra mətbuata açıqlama verən 39 yaşlı hücumçu bunları da əlavə edib:
"Dünən gecə bura gəldim. Ümumilikdə proses təxminən üç həftə çəkdi, çünki bir çox detalın yerinə oturması lazım idi. Amma ilk gündən ürəyim buradaydı — mən yalnız "Şalke"yə gəlmək istəyirdim”.
© Copyright 2026, All Rights Reserved