"El -Klasiko"da "Barselona" tərəfdən o olmayacaq

“Barselona”nın futbolçusu Frenki de Yonq “El-Klasiko”dan öncə komanda məşqində iştirak etməyib.
90plus.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi mədə-bağırsaq narahatlığı səbəbindən məşqləri buraxıb.
Buna baxmayaraq, onun oktyabrın 26-da “Real”la keçiriləcək qarşılaşmada iştirak etməsi mümkündür.
Eyni zamanda, Kataloniya klubunun müdafiəçisi Andreas Kristensen də eyni səbəblə məşqlərə qatılmayıb. O, həmçinin Çempionlar Liqasındakı “Olimpiakos”la matçı (6:1) da buraxmışdı.
© Copyright 2025, All Rights Reserved