“El-Klasiko”da olmamaq Rafinyanı üzdü
Rafinya “El-Klasiko”da iştirak etməyəcək.
90plus.az xəbər verir ki, “Barselona”nın braziliyalı futbolçusu Rafinya zədəsini tam sağalda bilmədiyi üçün bazar günü “Real Madrid”lə keçiriləcək “El-Klasiko”da iştirak etməyəcək.
Catalunya Radio-nun xəbərinə görə, Rafinya bu qərardan dərin kədərləndiyini bildirib. Cinah oyunçusu matç öncəsi özünü yaxşı hiss etsə də, məşq zamanı yenidən ağrı hiss edib və tibbi heyət onun tam hazır olmadığını təsdiqləyib.
Bu, Rafinya üçün sezonun ən önəmli oyunlarından birində komandası üçün kömək etmək imkanını itirdiyi məyusedici an olub.
📌Əlavə Mənbələr: Gerard Romero / Fabrizio Romano
📍 90plus.az
© Copyright 2025, All Rights Reserved