Elçin Məsiyev Avroliqa matçında!

Azərbaycanlı hakim Elçin Məsiyev Avropa Liqasında təyinat alıb.
90plus.az xəbər verir ki, Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda baş tutacaq “Genk – Betis” (Belçika – İspaniya) qarşılaşmasının baş hakimi təyin edilib.
Məsiyevə köməkçi hakimlər kimi Elşad Abdullayev və Pərvin Talıbov dəstək verəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR xidmətində almaniyalı Robert Şröder, AVAR rolunda isə həmvətənimiz Nicat İsmayıllı çalışacaq.
Görüş 23 oktyabr tarixində Belçikanın Genk şəhərindəki eyniadlı stadionda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved