Elvin Cəfərquliyev azyaşlı azarkeşlə şəxsən görüşdü
“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının VI turu çərçivəsində baş tutan “Qarabağ” – “Ayaks” (2:4) qarşılaşmasını Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı Əkbər Zülfüqarovla bir araya gəlib.
90plus.az xəbər verir ki, futbolçu bu görüşlə bağlı anları şəxsi instaqram hesabında paylaşıb. Elvin Cəfərquliyev balaca azarkeşin bu davranışından təsirləndiyini bildirib və ona öz imzası olan “Qarabağ” formasını hədiyyə edib.
Qeyd: Əkbər Zülfüqarov oyunu sığınacaq rəhbərliyindən xüsusi icazə alaraq izləyib və bu hadisə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
© Copyright 2025, All Rights Reserved