Səbail 0 - 1 Qarabağ: Baş məşqçilərin fikirləri

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Səbail 0 - 1 Qarabağ" matçından sonra baş məşqçilər öz fikirlərini söyləyiblər.
90plus.az hər iki çalışdırıcının mətbuat konfransındakı sözlərinin xülasəsini təqdim edir.
Elvin Məmmədov, "Səbail" komandası
"Yaxşı oyun oldu. Bu matçı unutmalıyıq. 4 gündən sonra çempionatda "Qarabağ"la oyunumuz var. Həmin qarşılaşmaya hazırlaşacağıq. Qış fasiləsindən sonra komandada oyundan-oyuna inkişaf var. Bilirik ki, çatışmayan cəhətlər var. Çempionatda daha da yaxşı nəticələr əldə etmək istəyirik. Bu gün "Qarabağ"a qarşı layiqli mübarizə apardıq"
Qurban Qurbanov, "Qarabağ" komandası
"Komanda sayının artırılması müsbət haldır. Hansı komanda gələcəksə, həmin bölgələrdə futbola maraq artacaq. Bəlkə də yeni futbolçular üzə çıxacaq. Komanda sayının artmasının hansı keyfiyyəti verəcəyini hazırda deyə bilmərəm. Amma gələcək üçün faydası olacaq. Sonuncu yeri tutan komanda aşağı liqanın 3-cüsü ilə pley-off oynasa, daha maraqlı, ədalətli olar. Bu məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq. Ondan sonra tam dəqiq deyə bilərəm. 4-5 variant var idisə, onlardan biri bu idi. İndidən bilsələr ki, sonuncu yeri tutan komanda Premyer Liqada qalacaq, hansısa futbolçuda, məşqçidə arxayınlıq yarada bilər".
Qeyd:
Səbail 0-1 Qarabağ
Benzia Y. 35’
Matçda vurulan qolun videosu:
https://t.me/doxsanplus/97496
"Qarabağ" - "Səbail" görüşü fevralın 27-i keçiriləcək.
© Copyright 2025, All Rights Reserved