Emin Mahmudov daha bir qol sayında Qurban Qurbanova çatdı
Emin Mahmudov "Neftçi"nin heyətində yubiley qolunu vurub.
90plus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin 70-ci qolu Misli Premyer Liqasının XXV turuna təsadüf edib. "Ağ-qaralar"ın kapitanı "İmişli" ilə keçirilən ev oyununda (6:0) fərqlənib.
Emin Mahmudov 2017-ci ildən çıxış etdiyi "Neftçi"nin heyətində 281-ci matçında 70-ci qolunu vurub. O, bu qolların 54-nü Premyer Liqada (229 oyun), 7-ni ölkə kubokunda (27 oyun), 9-nu isə avrokuboklarda (25 oyun) qeyd alıb.
Bu nəticə ilə Emin klubun 89 illik tarixində 70 və daha çox qol vuran 10-cu futbolçu olub. O, eyni göstəriciyə malik olan Qurban Qurbanovla 9-10-cu yerləri bölüşür.
Qeyd: "Neftçi"nin tarixində ən çox qol vuran futbolçu Samir Ələkbərovdur – 142 qol.
© Copyright 2026, All Rights Reserved