Emin Mahmudov "Neftçi"nin tarixinə düşdü
"Neftçi" Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub.
90plus.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turunda "Qəbələ" ilə səfər matçına (3:1) təsadüf edib. Emin Mahmudov komandasının görüşdəki 2-ci qolunu 11 metrlik cərimə zərbəsindən vurub. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan "ağ-qaralar" 34 mövsüm ərzində vurduğu 150 penaltidən 120-ni qola çevirə bilib.
Paytaxt təmsilçisinin dəqiqlik faizi 80%-dir. "Neftçi" turnirin tarixi boyunca vurulan penalti sayında yalnız "Qarabağ"dan geri qalır. Hər iki komanda 1992-ci ildən Premyer Liqanın (əvvəl Güclülər dəstəsi) daimi iştirakçısıdır. Qeyd edək ki, "Neftçi" ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.
© Copyright 2026, All Rights Reserved