Emin Mahmudovun zərbəsini dəf edən futbolçu alman klubunda
"Ayntraxt" klubu "Renn"dən belçikalı Artur Teateni heyətinə qatdığını açıqladı.
90plus.az xəbər verir ki, bu barədə klub rəsmisi Andreas Rişter məlumat verib. Alman klubu transferi 16+3 milyon avroya bitirib.
24 yaşlı futbolçu "Renn"dən əvvəl "Balonya" və "Oostende" klublarında forma geyinib.
Qeyd: Teate Bakıda millimizlə matçda forma geyinmişdi. Hətta Emin Mahmudovun zərbəsini dəf etməyi bacarmışdı.
© Copyright 2026, All Rights Reserved