Emreli: “Kayzerslautern mənim üçün çox çalışdı”

Mahir Emreli: “Kayzerslautern mənim üçün çox çalışdı – ilk oyunu səbirsizliklə gözləyirəm”.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”ə transferindən sonra Almaniya klubunun rəsmi saytına ilk açıqlamasını verib. 27 yaşlı forvard yeni komandasında yüksək motivasiyada olduğunu bildirib.
“Kayzerslautern”in böyük bir klub olduğunu vurğulayan Emreli, bu adın ona Almaniyaya gəlməzdən əvvəl də tanış olduğunu deyib:
“Keçən mövsüm “Nürnberq”lə bu stadionda oynayanda azarkeşlərin enerjisini, arenanın atmosferini hiss etdim. Bu, mənə böyük təsir bağışladı və qərarımda həlledici rol oynadı”.
Azərbaycanlı futbolçu, eyni zamanda “Kayzerslautern” rəhbərliyinin ona olan münasibətinə də toxunub:
“Klub mənim üçün çox çalışdı. Bir çox yaxşı söhbətlərimiz oldu və mənə böyük etimad göstərildiyini hiss etdim. Bu etimadı meydanda qaytarmaq istəyirəm. Artıq ilk oyuna başlamağı səbirsizliklə gözləyirəm”.
Qeyd: Mahir Emreli “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb və 10 nömrəli formanı geyinəcək. O, geridə qalan 2024/25 mövsümünü digər 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”də keçirib. Mahir burada 25 oyunda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved