Millimizin forvardı Mahir Emreli yeni klubu “Nürnberq”də məşqlərə başlayıb.
90plus.az xəbər verir ki, bu Mahirin klubla ilk məşqidir. Uzun müddət zədəli olan Emreli ikitərəfli oyunda da iştirak edib.
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze: "Sevinirəm ki, Mahir komandanın məşqlərində iştirak edir. Amma Mahirin oynaması hələ tezdir".
Qeyd: M.Emreli bu il avqust ayında II Bundesliqa təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. Müqavilənin müddəti mövsüm sonunda artırıla bilər.
Mənbə: "Nürnberq"in saytı
© Copyright 2024, All Rights Reserved