Emreli “Nürnberq”lə razılaşıb
Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, 27 yaşlı hücumçu bu gün "qırmızı-qaralar"la 1+1 illik razılaşıb.
II Bundesliqa təmsilçisi keçidi sabah açıqlayacaq.
Qeyd: M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Mənbə: Report
© Copyright 2026, All Rights Reserved