Endrik “Real”dan getmək istəyir

Endrik “Real Madrid”dən ayrılmağa açıqdır.
90plus.az xəbər verir ki, “Real Madrid”in 18 yaşlı braziliyalı hücumçusu Endrik artıq yanvarda komandadan ayrılmağa hazırdır. Onun nümayəndələri gənc oyunçunun icarəyə verilməsi üçün variantlar üzərində işləyirlər.
ESPN bu xəbəri yayıb.
Bu mövsüm Endrik La Liqada hələ bir dəqiqə belə meydanda olmayıb.
Futbolçu zədədən sağaldıqdan sonra 6 oyundur meydana çıxmayıb və artıq 150 gündən çoxdur ki, rəsmi matçda iştirak etməyib.
Bu vəziyyət gənc hücumçunun inkişafı və oyun təcrübəsinin artırılması baxımından kritik məqamdır.
© Copyright 2025, All Rights Reserved