Endrik Ronaldonu üstələdi
"Lion"un yeni hücumçusu Endrik Ronaldo Nazarionu üstələdi.
90plus.az xəbər verir ki, o, "Metz"ə qarşı het-trik edərək rekord qırıb. Belə ki, Endrik het-trik edən ən gənc hücumçu olub. O, bu nominasiyada Ronaldo Nazario, Rivaldo, Ronaldinyo kimi futbolçuları geridə qoyub.
Endrik bu mövsüm “Real Madrid”dən ayrılaraq icarə əsasında “Olimpik Lion” klubuna keçib. Madriddə az oyun şansı əldə etdiyi üçün bu addım onun inkişafı baxımından vacib sayılırdı. “Olimpik Lion” forması ilə keçirdiyi ilk oyunlarda hücumda çox təsirli çıxış edib, qollar və məhsuldar ötürmələrlə diqqət mərkəzinə düşüb. Son matçlardan birində het-trik edərək böyük səs-küy yaradıb və yaşına baxmayaraq lider keyfiyyətlərini nümayiş etdirib. Mütəxəssislər Endrikin potensialının hələ tam açılmadığını və gələcəkdə dünya futbolunun ən güclü hücumçularından birinə çevrilə biləcəyini düşünürlər.
© Copyright 2026, All Rights Reserved