Endrik yanvarda “Lion”a icarəyə gedəcək
“Real Madrid”in hücumçusu Endrikin yanvar ayında “Lion” klubuna icarə əsasında keçidi plan üzrə baş tutacaq. Bu transfer qərarı baş məşqçi Xabi Alonsonun gələcəyindən asılı olmayacaq.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu bu mövsüm Xabi Alonsonun rəhbərliyi altında kifayət qədər oyun şansı qazana bilməyib və ehtiyat oyunçular sırasında yer alıb. Endrik cəmi iki matçda, o da son dəqiqələrdə meydana çıxıb və ümumilikdə 22 dəqiqə oynayıb.
19 yaşlı hücumçu oyun praktikasını artırmaq və formasını bərpa etmək üçün “Santyaqo Bernabeu*dan ayrılmaq niyyətindədir. Onun əsas məqsədi 2026-cı il dünya çempionatında iştirak şansını qorumaqdır. Məlumata görə, Xabi Alonsonun mümkün istefası belə Endrikin qərarını dəyişməyəcək.
Hazırda Endrikin “Lion”a icarəsi müvəqqəti olaraq təxirə salınıb. Buna səbəb “Real Madrid”in zədələrin artdığı bir dövrdə heyət dərinliyini itirmək istəməməsidir. Lakin buna baxmayaraq, transferin yanvar ayında reallaşacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved