Enzo Mareska: "Barselona"ın müdafiəsində boşluqlar gözləyirik"
"Çelsi"nin baş məşqçisi Enzo Mareska: “Barselona"nın müdafiə xəttinə zərər verəcəyik."
90plus.az xəbər verir ki, bu axşam keçiriləcək Çempionlar Liqasının 5-ci turu çərçivəsində baş tutacaq qarşılaşma öncəsi "Çelsi"nin baş məşqçisi Enzo Mareska rəqib "Barselona"nın müdafiə xəttinə qarşı aqressiv hücum planlarını açıqlayıb.
Mareska oyunqabağı açıqlamasında belə deyib:
“Biz onlara hücum edəcəyik. Estevao, Pedro və Qarnaçonun olmasının səbəbi müdafiələrinin arxasında boşluq gözləməyimizdir.”
İtaliyalı çalışdırıcı rəqibi yüksək qiymətləndirərək sözlərinə davam edib:
“Barselona" böyük komandadır. Onların demək olar ki, bütün futbolçuları yüksək keyfiyyət sahibidir. Amma böyük komanda təkcə bir-iki oyunçudan ibarət deyil, bütöv bir kollektivi əks etdirir.
Onlar vahid komanda kimi işləyirlər, keyfiyyətlidir, yüksək müdafiə xətti ilə belə yaxşı müdafiə olunurlar və daim qol epizodu yaradırlar.
Ona görə də biz oyunun hər iki fazası arasında düzgün balans tapmalıyıq.”
"Çelsi" bu qarşılaşmada rəqibin müdafiə arxasında buraxacağı boşluqlardan istifadə etməyə çalışacaq.
© Copyright 2025, All Rights Reserved