Enzo Mareska: "Problem bizdə deyildi, "Qarabağ" yaxşı press edirdi"
"Qarabağ"la oyundan sonra Enzo Mareska maraqlı fikirlər ilə yadda qaldı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 4-cü turunda "Qarabağ" öz evində "Çelsi" ilə 2-2 oynadı. Oyundan sonra qonaqların baş məşqçisi Enzo Mareska jurnalistlərin qabağına çıxıb.
"Bizim həyətimizdə yaxşı oyunçular var. Gittensə şans verdim, Qarnaço sonradan girib yaxşı oynadı. Müdafiədə də yaxşı idik. Şanslar yaratdıq vura bilmədik. Bu nəticənin alınmasında problem bizdə deyildi, "Qarabağ" yaxşı press edirdi. Udanda heç kəs bu rotasiyaları danışmır, amma xal itirəndə hamı tənqid edir. Atmosfer də yaxşı idi. Azarkeşlər yaxşı atmosfer yaratmışdı".
© Copyright 2025, All Rights Reserved