Erlinq Haaland sevgilisi haqda etiraf etdi
"Mançester Siti"nin ulduzu Erlinq Haaland "Real Madrid"ə qarşı keçirilən UEFA Çempionlar Liqası matçında komandasının 2-1 hesablı qalibiyyətində əsas rol oynayıb.
90plus.az xəbər verir ki, Norveçli hücumçu qarşılaşmada komandasının ikinci qoluna imza atıb.
Haaland matçdan sonra sevgilisi İzabel Yohansen haqqında etdiyi etirafla sosial mediada gündəm olub.
Ulduz futbolçu Rest is Football podkastında münasibətləri ilə bağlı maraqlı bir vəziyyəti bölüşüb:
“Bəli, mən futbol azarkeşiyəm, ona görə də hər cür futbol matçını izləyirəm. Bir neçə gün əvvəl axşam yeməyində idik və mən ‘oyun varmı?’ deyə baxdım. ‘Mançester Yunayted–Vest Hem’ matçı var idi, açaq dedim.”
Haaland söhbətin davamında sevgilisinin futboldan yorulduğunu söylədiyini bildirib:
“Isabel ‘Artıq futboldan çox sıxılmışam, həmişə izləyirik’ dedi. Mən də ‘Bəli, biz məhz buna görə buradayıq!’ dedim. Və əlbəttə ki, matçı izlədik.”
© Copyright 2025, All Rights Reserved