Ertem Şener: “Qarabağ” o “Qarabağ” deyil”
“London küçələrində, ümumən bütün İngiltərədə indi hər kəs “Qarabağ”dan danışır.” Bu fikirləri AZƏRTAC-a açıqlamasında tanınmış türk futbol şərhçisi Ertem Şener səsləndirib.
90plus.az xəbər verir ki, ekspert bunları deyib:
"Ağdam klubu artıq o səviyyəyə yüksəlib ki, Premyer Liqada istisnasız hər bir klub bu adın kimə məxsus olduğunu yaxşı tanıyır".
““Çelsi” dünyanın ən zəngin klublarından biridir və Klubların Dünya Çempionatının qalibidir. Lakin indi İngiltərədə belə deyirlər: “Qarabağ”la qarşılaşacağıq, amma bu, 2017-ci ildəki “Qarabağ” deyil. Bu, “Benfika” və “Kopenhagen” kimi komandaları məğlub edən, “Atletik”lə (Bilbao) sona qədər mübarizə aparan “Qarabağ”dır.”
Xatırlatma: Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” – “Çelsi” qarşılaşması saat 21:45-də başlayacaq.
© Copyright 2025, All Rights Reserved