Eşli Koul İtaliya klubunun sükanı arxasına keçdi
İngiltərə millisinin sabiq futbolçusu Eşli Koul məşqçi karyerası ilə bağlı yeni qərar verib.
90plus.az xəbər verir ki, keçmiş müdafiəçi İtaliyanın “Çezena” klubunun baş məşqçisi təyin olunub. Bununla da o, karyerasında ilk dəfə əsas komandanın baş məşqçisi kimi fəaliyyət göstərəcək.
Bildirilib ki, tərəflər arasında imzalanan müqavilə 2026-cı ilin yayına qədər qüvvədə olacaq.
Qeyd: Eşli Koul futbolçu karyerası ərzində “Arsenal” və “Çelsi” kimi klublarda çıxış edib və uzun illər İngiltərə millisinin formasını geyinib. Məşqçilik fəaliyyətinə isə müxtəlif komandalarda köməkçi məşqçi kimi başlamışdı.
© Copyright 2026, All Rights Reserved