“Espanyol - Barselona”: matçdan öncə azarkeşlər yaralandı!

“Espanyol" - "Barselona" oyunundan əvvəl xoş olmayan hadisə baş verib, azarkeşlər yaralanıb.
90plus.az xəbər verir ki, oyunun başlamasına bir müddət qalmış ağ bir avtomobil izdihamın içinə çarpılıb və bəzi azarkeşlər sıxışıb qalıb.
“Espanyol” tərəfi hadisə yerini nəzarətdə saxlayır və ciddi xəsarət alan yoxdur, deyir.
Hazırda 7 təcili yardım maşını işləyir və yaralılara yardım göstərir.
📰: Marca
© Copyright 2025, All Rights Reserved