“Vest Hem” Eşpirito Santonu rahat göndərə bilər
“Vest Hem”də Nunu Eşpirito Santo riski: kompensasiyasız göndərilə bilər.
90plus.az xəbər verir ki, “Vest Hem Yunayted” Premyer Liqadan düşəcəyi halda baş məşqçi Nunu Eşpirito Santo ilə yolları heç bir kompensasiya ödəmədən ayıra bilər.
Məlumata görə, Qrem Potterin yerinə gətirilən portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalansa da, sənəddə xüsusi bənd yer alıb. Həmin bəndə əsasən, “Vest Hem” Çempionşipə yuvarlanarsa və klub Nunu Eşpirito Santo ilə yolları ayırarsa, baş məşqçiyə heç bir təzminat ödənilməyəcək.
Hazırda London təmsilçisi Premyer Liqa turnir cədvəlində 18-ci pillədə qərarlaşıb və bu da birbaşa aşağı liqaya düşmə zonasına uyğun gəlir. Mövsümün həlledici mərhələsində klubun nəticələri həm liqadakı taleyinə, həm də baş məşqçinin gələcəyinə birbaşa təsir göstərəcək.
Mənbə: The Athletic
© Copyright 2026, All Rights Reserved