"Everton" "Arsenal"ın futbolçusuna "göz qoydu"
"Arsenal"ın hücumçusu Qabriel Jezus yaxın vaxtlarda Premyer Liqada komandasını dəyişə bilər.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu ilə "Everton" ciddi maraqlanır. Bu barədə İngiltərə mətbuatında məlumat yayılıb.
London təmsilçisi 27 yaşlı forvardı qış transfer dönəmində 30 milyon funt-sterlinqə satmağa razıdır. Əgər "Everton" bu məbləği ödəyərsə, transfer baş tutacaq.
Xatırlatma: "Arsenal" Qabriel Jezusu 2022-ci ilin yayında "Mançester Siti"dən 45 milyon funt-sterlinq qarşılığında heyətinə cəlb etmişdi. Braziliya millisinin üzvü bu mövsüm zədə səbəbindən "topçular"ın heyətində rəsmi oyunlarda iştirak etməyib.
© Copyright 2026, All Rights Reserved