Fabreqasın gələcəyi var: TOP-lar onu izləyir
Sesk Fabreqas Avropanın diqqət mərkəzində: böyük klublar izləyir.
90plus.az xəbər verir ki, futbol dünyasının sabiq ulduzu və hazırda məşqçi kimi fəaliyyət göstərən Sesk Fabreqas Avropanın bir sıra top klublarının diqqətini cəlb edib.
Gənc məşqçi qısa müddətdə göstərdiyi inkişaf və taktiki yanaşması ilə futbol ictimaiyyətində ən perspektivli məşqçi adlarından biri kimi dəyərləndirilir. Onun iş prosesi bir neçə böyük klub rəhbərliyi tərəfindən yaxından izlənilir.
Məlumata görə, İngiltərənin üç nəhəng klubu — “Mançester Siti”, “Arsenal” və “Çelsi” — Fabreqasın inkişafını ciddi şəkildə monitorinq edir.
Bildirilir ki, onun taktiki inkişafı və liderlik keyfiyyətləri yüksək səviyyəli futbol qərarvericilərinin diqqətini çəkib və gələcəkdə top səviyyəli məşqçi rolları üçün real namizəd kimi görülür.
© Copyright 2026, All Rights Reserved