Fatih Terimin Ərəbistan günləri yaxşı başladı
Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Şabab” türkiyəli mütəxəssis Fatih Terimin baş məşqçiliyi altında ilk oyununa çıxıb.
90plus.az xəbər verir ki, Terimin komandası Kral Kubokunun 1/4 finalında “Əl-Feyha”ya 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
Qeyd: “Əl-Şabab” növbəti matçını Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda “Əl-Əhli”yə qarşı keçirəcək.
Xatırlatma: Terim son olaraq Yunanıstanda “Panatinaikos” klubunun baş məşqçisi olub. O, yeni klubunda Vitor Pereyranı əvəzləyib.
© Copyright 2026, All Rights Reserved