Fatih Terimin yeni iş yeri bəlli olur
Türkiyəli təcrübəli mütəxəssis Fatih Terimin yeni ünvanı müəyyənləşmək üzrədir.
90plus.az xəbər verir ki, bir müddət əvvəl adı hallanan Çexiya milli komandası ilə Fatih Terim arasında danışıqlar başlayıb. 72 yaşlı məşqçiyə yaxın günlərdə rəsmi təklifin təqdim ediləcəyi gözlənilir.
Hazırda Çexiya millisində idman direktoru vəzifəsində çalışan Pavel Nedved əvvəllər "Əl-Şabab" klubunda da Fatih Terimlə birgə çalışmışdı.
Beləliklə, Fatih Terimin növbəti vəzifəsi yaxın vaxtlarda rəsmiləşə bilər və futbol ictimaiyyətində maraqla gözlənilir.
© Copyright 2025, All Rights Reserved