Federasiya Prezidenti istefa verdi
Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbəri Mədət Quliyev bu postdan istefa verib.
90plus.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı və general-polkovnik rütbəsinə sahib olan Mədət Quliyev Təhlükəsizlik Şurası katibinin müavini kimi fəaliyyətinin xarakterinə görə Velosiped Federasiyasının rəhbərliyindən ayrılmaq qərarına gəlib.
Bu barədə onun qərarını Yaşar İsakov açıqlayıb.
Xatırlatma: Mədət Quliyev 2021-ci ilin noyabr ayından bəri Azərbaycan Velosiped Federasiyasının prezidenti vəzifəsini icra edirdi.
© Copyright 2025, All Rights Reserved