Federiko Kyeza "Liverpul"dakı gələcəyi ilə bağlı danışdı

"Liverpul" klubunda çıxış edən İtaliya millisinin ulduz futbolçusu Federiko Kyeza son günlər mətbuatda yer alan ayrılıq iddialarına münasibət bildirib.
"Yuventus"a dönüş? Heç nəyi istisna etmirəm"
90plus.az xəbər verir ki, İtaliyanın nüfuzlu "La Gazzetta dello Sport" nəşrinə danışan 27 yaşlı hücumçu "Yuventus"a qayıdacağına dair xəbərlərə belə cavab verib:
"Yuventus"a geri dönüş? Bilmirəm, amma heç vaxt 'heç vaxt' demək olmaz. Oradaykən mənə yeni müqavilə təklif olunmadı. Tiago Motta məni komandada istəmirdi."
"Mavi forma üçün çox darıxmışam"
Kyeza İtaliya milli komandasına qayıtmaq istədiyini də vurğulayıb:
"Mavi formanı (İtaliya millisinin formasını) çox darıxmışam. DÇ-də oynamağı çox istəyirəm. Bu mövsüm 'Liverpul'la Premyer Liqanı qazandığım üçün isə çox xoşbəxtəm."
Performansı
Federiko Kyeza bu mövsüm "Liverpul"un heyətində 14 rəsmi oyuna çıxıb və 2 qol, 2 assistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved