"Feniks Sans" Los Anceles təmsilçisini üstələdi
90plus.az xəbər verir ki, NBA-də bu gün keçirilən yeganə qarşılaşmada "Feniks Sans" öz meydanında "Los Anceles Klippers" komandasını 115–102 hesabı ilə məğlub edib.
"Mortgage Matchup Center arena"da baş tutan oyunda Ceylen Qrin 29 xalla matçın ən məhsuldar basketbolçusu olub və komandasının qələbəsində əsas pay sahibi kimi fərqlənib.
"Sans" tərəfdə Mark Uilyams 13 xal və 10 ribaundla “double-double” nəticə göstərib. Qreysn Allen 18, Roys O’Nil isə 17 xalla yadda qalıb.
Qonaq komanda "Klippers" cərgəsində isə İvitsa Zubaç 23 xal və 11 ribaundla “double-double” edib, Kem Kristi isə 17 xal toplayıb.
Bu nəticədən sonra "Los Anceles Klippers" 8 oyundan 5-ci məğlubiyyətini alıb, "Feniks Sans" isə 9-cu matçında 4-cü qələbəsini qazanıb.
© Copyright 2025, All Rights Reserved