Fernandeş ərəb puluna “YOX” dedi

Bruno Fernandeş Səudiyyə Ərəbistanına “yox” dedi.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in kapitanı Bruno Fernandeş yay transfer pəncərəsində Səudiyyə Ərəbistanından aldığı cəlbedici təklifi rədd edib.
Məşhur insayder jurnalist Fabrizio Romano yazır ki, “Al Hilal” Portuqaliya millisinin üzvünə olduqca yüksək maaşlı müqavilə təklif etsə də, Fernandeş bu təklifi qəbul etməyib. 29 yaşlı yarımmüdafiəçi karyerasını hələlik Avropada davam etdirmək niyyətindədir.
Fernandeş son illərdə “Mançester Yunayted”in ən sabit və lider oyunçularından biri olub. O, 2024/25 mövsümündə klub üçün 47 oyunda 15 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Klubun gələcək planlarında onun əsas rola sahib olduğu bildirilir.
© Copyright 2025, All Rights Reserved