FİBA 2025: “12 Div Adam”dan möhtəşəm nəticə

Türkiyə basketbol yığması FIBA 2025 Avropa Çempionatında Serbiyanı məğlub edərək qrup lideri oldu!
90plus.az xəbər verir ki, basketbol üzrə Türkiyə milli komandası 2025 Avropa Çempionatının (EuroBasket 2025) A qrupundakı 5-ci və son matçında Serbiyanı 95:90 hesabı ilə məğlub edib və qrup mərhələsini lider kimi başa vurub.
“12 Div Adam” ləqəbli kollektiv 1/8 finalda B qrupunun 4-cüsü İsveçlə üz-üzə gələcək. Bu qarşılaşma sentyabrın 5-də, şənbə günü keçiriləcək.
Türkiyə qalib gələrsə, 1/4 finalda D qrupunun ikincisi ilə C qrupunun üçüncüsü arasında oynanacaq oyunun qalibi ilə qarşılaşacaq.
Turnirin pley-off təqvimi belədir:
Türkiyənin potensial rəqibləri
Türkiyənin 1/4 finaldakı mümkün rəqibləri bu gün – 4 sentyabr, cümə axşamı bəlli olacaq.
D qrupunda 2-ci yeri tuta biləcək komandalar bunlardır: Fransa, İsrail, Polşa və Sloveniya.
C qrupunda isə 3-cü ola biləcək komandalar Yunanıstan, İtaliya, İspaniya, Bosniya və Herseqovina, eləcə də Gürcüstandır.
Qrup mərhələsində məğlub edilən Serbiya və B qrupunun lideri Almaniya yalnız final mərhələsində Türkiyənin rəqibi ola bilər. Almaniya 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq. Serbiya isə A qrupunu 2-ci yerdə başa vuraraq 1/8 finalda Finlandiya ilə üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved