FIFA-dan AFFA-ya xatirə hədiyyəsi
“FIFA Series – 2026” beynəlxalq turnirində yüksək səviyyədə ev sahibliyi göstərdiyinə görə FIFA, AFFA-ya təşəkkürünü bildirib.
90plus.az xəbər verir ki, AFFA-dan verilən məlumata görə, Ali futbol təşkilatının nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib. C. Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və gələcəkdə əməkdaşlığın uğurla davam edəcəyinə əmin olduğunu bildirib.
Azərbaycan milli komandası “FIFA Series – 2026” turnirinin qalibi olub.
© Copyright 2026, All Rights Reserved