FİFA Burkina Faso milli komandasına Rusiya yığması ilə oyun keçirməyi qadağan edib.
90plus.az Burkina Faso Futbol Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kader Traore ölkəsinin millisinin Rusiya ilə yoldaşlıq oyunu keçirə bilməməsinin səbəbini açıqlayıb.
Traore indi Rusiya millisi ilə oyun keçirməyin çətin olduğunu bildirib:
“İndi Rusiya millisi ilə oyun keçirmək çətindir. Çünki FİFA buna görə Burkina Faso Futbol Federasiyasına qarşı cəza tədbirləri görəcək”.
© Copyright 2024, All Rights Reserved