FIFA-dan türk klubuna cəza - 12 xal silindi
FIFA-nın İntizam Komitəsi Türkiyənin 1-ci Liqa təmsilçisi "Adana Dəmirspor"a ağır cəza tətbiq edib.
90plus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının yaydığı məlumata əsasən, komitə klub barədə olan iki ayrı iş üzrə ümumilikdə 12 xalın silinməsi qərarını verib. Qərar maliyyə və intizam pozuntuları ilə bağlı açılmış dosyelər çərçivəsində qəbul olunub.
Beləliklə, "Adana Dəmirspor" liqa cədvəlində vəziyyətini daha da çətinləşdirib. Hazırda komanda mənfi 40 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Qeyd: Tətbiq olunan xal itkisi klubun mövsüm ərzindəki nəticələrinə ciddi təsir göstərib və komandanın gələcək taleyi sual altına düşüb.
© Copyright 2026, All Rights Reserved