FIFA-dan Türkiyə klubuna yenidən cəza
90plus.az xəbər verir ki, FIFA Disiplin Komitəsi Türkiyə 1. Liqada mübarizə aparan "Adana Demirspor"a 6 xal silmə cəzası tətbiq edib.
Türkiyə Futbol Federasiyasının açıqlamasında bildirilir ki, “FIFA Disiplin Komitəsi tərəfindən Adana Demirspor klubuna ümumilikdə 1 dosyadan 6 xal azaldılması cəzası tətbiq edilib.”
Hazırda Adana təmsilçisi liqada eksi 28 xalla son sırada qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved