FIFA mundialı Youtubeda yayımlayacaq
FIFA 2026 Dünya Çempionatını YouTube-da yayımlayacaq.
90plus.az xəbər verir ki, FIFA 2026 Dünya Çempionatı üçün yeni yayımlama razılaşması açıqlanıb. Qurum bildirib ki, matçların ilk 10 dəqiqəsi media tərəfdaşları tərəfindən YouTube platformasında yayımlana biləcək. Bu, futbol azarkeşləri üçün əhəmiyyətli bir yenilikdir və oyunlara daha asan çıxış imkanı yaradacaq.
2026 Dünya Çempionatı ABŞ, Kanada və Meksiko ölkələrində keçiriləcək və turnir 18 iyun – 19 iyul 2026 tarixləri arasında baş tutacaq.
FIFA-nın bu addımı qlobal izləyici bazasını genişləndirmək və oyunları daha əlçatan etmək məqsədi daşıyır.
© Copyright 2026, All Rights Reserved