FIFA The Best 2025: Luis Enrike ən yaxşı baş məşqçidir
Luis Enrike 2025-ci ilin FIFA The Best 2025 üzrə ilin kişi baş məşqçisi seçildi!
90plus.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike 2025-ci ilin FIFA The Best Coach of the Year mükafatına layiq görülüb. Mükafat mərasimi Qətərin paytaxtı Dohada keçirilib.
Enrike ötən mövsüm möhtəşəm nəticələr göstərərək bu titula tam layiq olduğunu sübut edib. İspaniyalı mütəxəssis rəhbərliyi altında PSJ ilk dəfə Çempionlar Liqasını qazanıb, həmçinin Liqa 1 və Fransa Kubokunu da əldən buraxmayıb.
Bütün bu uğurlara əlavə olaraq, Enrike rəhbərliyində PSJ 2025-ci ilin ən izlənməli komandalarından biri olub.
Mükafatlı mövsümün nailiyyətləri:
✅ Çempionlar Liqası
✅ Fransa Liqa 1
✅ Fransa Kuboku
✅ UEFA Super Kuboku
✅ Çempionlar Kuboku (Trophée des Champions)
© Copyright 2025, All Rights Reserved