"Finallisima": Yamal Messiyə qarşı bu tarixdə oyuna çıxacaq
90plus.az xəbər verir ki, FIFA rəsmi olaraq açıqlayıb ki, "Finalissima" qarşılaşması İspaniya və Argentina arasında 27 mart tarixində baş tutacaq. Oyunun keçirəcəyi şəhər Doha, stadion isə Lusail seçilib.
Bu möhtəşəm görüş İspaniya – Avropa çempionu, ilə Argentina – Amerika Kubokunun qalibi arasında olacaq və əsas diqqət mərkəzində Lamine Yamal ilə Lionel Messinin qarşılaşması dayanacaq.
FIFA matçı böyük final atmosferində keçirmək üçün bütün tədbirləri – komanda gəlmələri, məşqlər və mətbuat konfranslarını – genişmiqyaslı planlaşdırır. Qarşılaşma əvvəlcə 28 mart üçün nəzərdə tutulmuşdu, lakin FIFA onu bir gün irəli çəkərək 27 mart – cümə gününə təyin edib. Bu matç İspaniyanın Dünya Kubokuna birbaşa vəsiqə qazanması şərtinə bağlıdır ki, bu da yüksək ehtimalla reallaşacaq.
Bundan əlavə, İspaniya Futbol Federasiyası mart ayı beynəlxalq pəncərəsində UEFA-nın oyun kvotasını təmin etmək üçün ikinci bir yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Bu oyun da ya Dohada, ya da yaxın bir ölkədə təşkil edilə bilər.
Geyim seçimlərinə gəldikdə isə, İspaniya səfər geyimində ağ formadan istifadə edəcək, Argentina isə qara formada oynayacaq.
Bu qarşılaşma futbol azarkeşləri üçün həm Avropa, həm də Cənubi Amerika futbolunun ən parlaq ulduzlarını bir araya gətirəcək böyük hadisə olacaq.
© Copyright 2025, All Rights Reserved