“Finiks Sans” “Fənərbağça”ın ulduzunu heyətinə qatdı

NBA komandalarından “Finiks Sans” son mövsümü “Fənərbağça” klubunda keçirən azad agent forvet Naycel Heyz-Deyvis ilə rəsmi müqavilə imzaladığını açıqlayıb.
90plus.az xəbər verir ki, Amerika təmsilçisi klubun sosial media hesabında yayımlanan açıqlamada, “Naycel rəsmi olaraq "Finiks Sansdadır” sözlərinə yer verilib.
29 yaşlı basketbolçu keçən mövsüm “Fənərbağça” ilə Avroliqa, Türkiyə Superliqası və Türkiyə Kuboku çempionluqları yaşayıb. O, həmçinin Avroliqa dördlü finalının ən dəyərli oyunçusu (MVP) seçilmişdi.
Naycel Heyz-Deyvis karyerası ərzində “Viskonsin Universiteti”, “Nyu-York Niks”, “Los-Anceles Leykers”, “Toronto Reptors”, “Sakramento Kinqs”, eləcə də Avropada “Qalatasaray”, “Jalgires Kaunas”, “Barselona” və “Fənərbağça” klublarında çıxış edib.
© Copyright 2025, All Rights Reserved