“Fiorentina” 13 oyundur, udmur! Seriya A-dan gedə bilər
“Fiorentina” İtaliya A Seriyasında tarixi böhran yaşayır – 13 oyundur qələbə yoxdur.
90plus.az xəbər verir ki, “Fiorentina”nın nəticələrindəki kəskin eniş davam edir. Komanda ardıcıl 13 Seriya A matçında qalib gələ bilməyib və son olaraq bu gecə “Atalanta”ya 0:2 hesabı ilə uduzaraq turnir cədvəlində 19-cu pillədə qalıb.
Tarixi göstəricilər də vəziyyətin nə qədər kritik olduğunu ortaya qoyur. İndiyə qədər İtaliya çempionatında heç bir klub belə uzun qələbəsiz seriya ilə liqada qalmağı bacarmayıb. “Fiorentina” isə hazırda eyni təhlükə ilə üz-üzədir.
Komandanın mövsüm ərzindəki göstəriciləri:
• 13 oyun
• 0 qələbə
• 6 heç-heçə
• 7 məğlubiyyət
• 10 vurulan qol
• 21 buraxılan qol
Florensiya təmsilçisi növbəti turlarda vəziyyəti dəyişməsə, Seriya A-da qalmaq şanslarını ciddi şəkildə təhlükəyə atacaq.
© Copyright 2025, All Rights Reserved