“Fiorentina” Avstriyada parladı: Edin Dzeko tarix yazdı
UEFA Konfrans Liqasının 2-ci turunda İtaliyanın “Fiorentina” klubu səfərdə Avstriya təmsilçisi “Rapid Vyen” ilə qarşılaşıb. Görüşdə üstün oyun sərgiləyən “Fiorentina” rəqibini 3:0 hesabı ilə məğlub edərək turnirdə ikinci qələbəsini qazanıb.
90plus.az xəbər verir ki, İtaliya təmsilçisinin qollarını Çer Ndur, Edin Dzeko və Albert Qudmundsson vurub. Bu nəticə ilə “Fiorentina” xallarını 6-ya yüksəldib və qrupda liderliyə doğru irəliləyib. “Rapid Vyen” isə ikinci oyunda da məğlub olaraq xal qazana bilməyib.
“Fiorentina” turnirin ilk turunda evdə “Siqma Olomouts” üzərində 2:0 hesablı qələbə əldə etmişdi.
Matçın ən yaddaqalan anı isə Edin Dzekonun vurduğu qol oldu. 39 yaşlı bosniyalı hücumçu bu qolla Konfrans Liqası tarixində qol vuran ən yaşlı futbolçu kimi tarixə düşdü.
Yayda “Fiorentina”ya transfer olunan təcrübəli forvard bu mövsüm komandasının heyətində 10 oyuna çıxaraq 2 qol vurub. Dzeko “Fiorentina” forması ilə ilk qolunu Konfrans Liqasının seçmə mərhələsində qeydə almışdı.
© Copyright 2025, All Rights Reserved