"Fiorentina" yeni baş məşqçisini açıqladı
İtaliya A Seriyasında bu mövsüm hələ qələbə qazanmayan və 4 xalla son pillədə qərarlaşan "Fiorentina" baş məşqçi postuna Paolo Vanolini gətirib.
90plus.az xəbər verir ki, mövsümə uğursuz başlayan komanda, Stefano Pioli ilə yollarını ayırdıqdan sonra yeni çalışdırıcı axtarışlarını tamamlayıb. Klubun rəsmi məlumatına görə, Paolo Vanoli artıq bu gün Viola Parkda ilk məşqini idarə edəcək.
53 yaşlı italyan mütəxəssis, ötən ilin iyun ayından bəri işsiz idi. O, daha əvvəl İtaliya U16, U18 və U19 millilərində çalışıb. Vanoli həmçinin "Spartak Moskva" ilə Rusiya Kubokunun qalibi olub, eləcə də "Venezia" və "Torino" klublarında da fəaliyyət göstərib.
Yeni baş məşqçidən "Fiorentina" azarkeşləri komandanın vəziyyətini düzəltmək və liqada qalmaq uğrunda mübarizəyə yeni nəfəs gətirməsini gözləyir.
© Copyright 2025, All Rights Reserved