"Fiorentina"nın gənc oyunçusundan xəbər var - Vəziyyəti ağırdır

”Fiorentina” - “İnter” matçı zamanı meydanda huşunu itirərək müalicə alan futbolçu Edoardo Bove hazırda reanimasiya şöbəsində hospitalizasiya edilib
90plus.az xəbər verir ki, bənövşəyilərin oyunçusu təcili yardım şöbəsinə stabil hemodinamik vəziyyətdə çatdırılıb və ilkin kardioloji və nevroloji testlər mərkəzi sinir sistemi və kardiotənəffüs sistemində kəskin zədələrin olmadığını təsdiqləyib
Edoardo Bovenin vəziyyəti növbəti 24 saat ərzində yenidən qiymətləndiriləcək.
© Copyright 2025, All Rights Reserved